top of page

Şagirdlərin sevimlisi – yubileyiniz mübarək!


Sumqayıt məktəblərini bitirmiş məzunların əksəriyyəti ali təhsilə də rahatlıqla yiyələnirlər. Bir valideyn kimi deyə bilərəm ki,bu məktəblərdə oxumaq,savadlanmaq,Vətənə layiqli vətəndaş olmaq kimi dəyərlər yaxşı aşılanır.Elə bu səbəbdəndir ki,şagird-müəllim münasibəti də nümunəvidir.Nə gizlədim,mən də məktəblilərin müəllim sevgisini gördükdə qürurlandım.Övladlarımıza tərbiyə-savad verən belə müəllimlərdən biri İradə Hüseynovanı misal göstərə bilərəm.

İradə müəllimə 1998-ci ildən Sumqayıt şəhərində yerləşən 4 saylı orta məktəbdə riyaziyyat fənnini tədris edir. O, müəllimlik fəaliyyəti ilə yanaşı həm də şəhərin və məktəbin ictimai işlərində yaxından iştirak edir. İctimai işlərə olan bacarığı ilə o 6b və 8a siniflərinin sinif rəhbərliyini çox uğurla aparır. Çünki onu həm müəllimlər, həm də sagirdlər çox sevirlər. Onun rəhbərlik etdiyi sinifin şagirdləri həm nizam intizam, həm də bacarıqları ilə bütün məktəbdə fərqlənirlər.

4 saylı orta məktəbin direktoru Səadət Məmmədovanın məktəbdə yaratdığı nizam-intizam, onun məktəb kollektivinə və şagirdlərinə olan xüsusi diqqəti sayəsində digər şagirdlər kimi bu sinifin şagirdləri də məktəbdə keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Bu günlərdə İradə xanımın 55 yaşı tamam olacaq. Bu münasibətlə onu bütün kollektivimiz adından onu təbrik edir, təhsil yolunda uğurlar arzulayır və bütün elmlərin açarı olan riyaziyyatı sagirdlərə sevdirdiyi üçün təşəkkür edirik!

Hüseynova İradə Fehruz qızı- 03 avqust 1964-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Sumqayıt şəhərində yerləşən 12 saylı orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1987-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Sumqayıt şəhərində yerləşən NİPİ neft ximavtomat institutunda mühəndis vəzifəsində çalışıb. Onun sevimli peşəsi olan müəllimlik fəaliyyəti isə 01.09.1993-cü ildə 1 sayli orta məktəbdən başlayıb. İradə müəllimə riyaziyyat fənnini özünün riyaziyyatı sevdiyi qədər də şagirdlərinə sevdirməyi bacarıb.

Azadpress.az


bottom of page