top of page

Rusiyada azərbaycanlı müstəntiqin meyiti çaydan tapılıb


Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı azərbaycanlı Əliyeva Aysel Nəbi qızının meyiti tapılıb.

Qaynarinfo xəbər verir ki, qızın meyiti çaydan tapılıb.

Qeyd edək ki, leytenant rütbəsi olan Aysel Əliyeva Rusiyanın Novokuznetsk şəhərində "Zavodski” polis bölməsində müstəntiq işləyib.

Məsələ ilə bağlı Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov Trend-ə bildirib ki, ilkin ehtimala görə qız intihar edib.

"Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb”, - deyə, F.Qasımov bildirib.

Müstəntiq olan şəxsin özünü məişət zəmnində çaya atması heç də inandırıcı gəlmir.Azadpress.az


bottom of page