top of page

"Lexus UX" sürücü və piyada üçün ən təhlükəsiz avtomobildir


"Lexus"un tamamilə yeni modeli olan "UX" nüfuzlu Euro NCAP tərəfindən qəza testi edilib.

Azadpress.az Euro NCAP rəsmi saytına istinadən xəbər verir ki, yeni "UX" ən yüksək qiymət alıb. 2019-cu il testlərinin nəticələrinə görə  Lexus UX sürücü və piyadalar üçün ən təhlükəsiz avtomobil kimi 5 ulduzla təltif edilib.Avtomobil hətta velosipedçilər və piyadalrın qorunmasına görə öz sinfinin ən yaxşısıdır.

Yeni krossover Lexus UX mütəxəssislər tərəfindən belə qiymətləndirilib:

36.7 bal (96%) böyüklərin təhlükəsizliyinə görə,

42.1 (85%) uşaqların təhlükəsizliyinə görə,

39.4 bal (82%) piyadaların təhlükəsizliyinə,

10.1 bal (77%) elektron təhlükəsizlik sisteminin işinə görə. 

Qeyd edək ki, yeni Lexus UX bu ay Azərbaycanda təqdim olunub.Rəsmi diler Lexus Baku bu modeli 39 900 ABŞ dolları civarında təklif edir.Azadpress.az


bottom of page