top of page

Bakı-Mahaçqala sərnişin qatarı işə düşəcək


Bu ilin payızında Bakı ilə Mahaçqala arasında sərnişin qatarı işə düşə bilər. Bu barədə Rusiyanın Şimali Qafqaz Dəmir Yolu İdarəsinin rəisi Vladimir Piastolov məlumat verib. Bildirilib ki, payızdan etibarən iki şəhər arasında rahat SV vaqonlarından ibarət qatarın sərnişinlər üçün əlverişli cədvəl əsasında hərəkəti nəzərdə tutulur. Belə ki, qatar axşam yola düşüb səhər tezdən mənzil başına çatacaq. Mahaçqala ilə Bakı arasında qatar reysinin açılması məsələsi hələ 2018-ci ilin aprel ayından gündəmdədir. Azadpress.az 


bottom of page