top of page

Gürcü keşişlər Azərbaycan turistlərinin yolunu bağladılar


Marneuli rayonunda bir qrup keşiş və dindar qonşu Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər. Aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıblar.

Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Gürcüstana gedən Azərbaycan turistləri çətinliklərlə üzləşiblər. 

 Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib. İştirakçılar bildiriblər ki, aksiya xəbərdarlıq xarakteri daşıyır. Onlar Gürcüstan hökumətini məbəd kompleksi ətrafında yaranmış problemi həll etməyə çağırıblar.Report.az-a istinadən Azadpress.az  


bottom of page