"Qarabağa gələn Paşinyan məhv edilsin" -Deputat


Deputat Aydın Mirzəzadə snayperləri Paşinyanı aradan götürməyə çağırdı.

“Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”. Virtualaz.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Ermənistan özünə yeni baş tapar: “Ermənistanın müdafiə naziri də cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.