Bakının maraqlı istirahət məkanları


Bakıda məzuniyyəti unudulmaz keçirə biləcəyiniz məkanların siyahısı Məzuniyyət üçün restoran seçmək - məsuliyyətli bir işdir, xüsusilə də əgər bayramın yüksək səviyyədə keçməsini istəyirsinizsə. Axı məzuniyyət axşamı həm məktəblilər, həm də tələbələr üçün ən yaddaqalan və xüsusi anlardandır. Bu bayram özündən sonra isti xatirələr və xoş emosiyalar buraxmalıdır. Turizm.fins.az Bakıda məzuniyyəti unudulmaz keçirə biləcəyiniz məkanların siyahısını təqdim edir. Nar & Sharab "Nar & Sharab" restoranının əsas özəlliyi onun yerləşməsi və valehedici dəniz mənzərəsidir. Səs-küylü şəhər uzaqlarda qaldı, düz yaxınında isə Xəzər dənizi var. Üstəlik burada günəşin doğmasını və batmasını izləmək də çox gözəl olur. Dreamland Lounge & Restaurant "Dreamland Lounge & Restaurant"ın rahat şəraitli isti atmosferi onu məzuniyyət üçün önəmli məkanlardan birinə çevirir. Axşam günəş batdıqda isə terrasdan tünd yaşıl otların və solğun qızılı bunkerlərin kontrastlı rəngləri görünür. Həmçinin "Dreamland Lounge & Restaurant" dadlı yeməklər və geniş kokteyl seçimi təklif edir. La Terracce Restaurant & Lounge "La Terracce Restaurant & Lounge" paytaxtın ən yaxşı məkanlarından hesab olunur. Aşpazların istedadı sayəsində siz sevgi ilə hazırlanmış milli və Avropa mətbəxinin dadlarını kəşf edirsiniz. Ağaclı ayırmalarla yaşıl terras tərzində olan restoran dizaynı isə daim isti sezon atmosferi yaradır. Riviera Restaurant & Lounge Məzuniyyətin uzun müddət yaddaşlarda qalması üçün çoxlu yemək seçimləri, gözəl hazırlanmış masalar və professional personal olmalıdır. Bu da "Riviera" restoranının məşhur olan özəlliyidir. Xəzər dənizi mənzərəsi isə bunları tamamlayır.

Gate 25 "GATE 25" restoranı - olduqca geniş, kreativ bir məkandır. Burada sizi Avropa mətbəxindən cürbəcür yeməklər gözləyir. Dənizə və bir çox görməli yerlərə, və sadəcə şəhərin gözəl yerlərinə mənzərəsi olan rahat taxta terrası da xüsusi qeyd etmək lazımdır. High Boost Restaurant & Lounge Hər bir bayramı əyləncəli keçirəcəyiniz, əla musiqi ilə rəqs edə və dincələ biləcəyiniz, gözəl Bakı mənzərəli restoran - bunlar hamısı "High Boost Restaurant & Lounge" haqqındadır. Siz burada müxtəlif növ alkoqollu içkilər, ləzzətli yeməklər və qəlyanaltılar da tapacaqsınız. Circle Restaurant & Music Hall "Circle Music Hall"da yüksək səviyyədə xidmət, güləriz personal, ləziz mətbəx və canlı musiqi sizə unudulmaz məzuniyyət axşamı yaradacaq. Ona görə də vaxt itirməyin və tarix seçin!

Caspian Grill & Terrace 

"Caspian Grill & Terrace" - Xəzər dənizinə inanılmaz bir mənzərənin açıldığı yerdir. İsti və rahat atmosfer burada tədbir keçirməyə, dincəlməyə və gözəl görünüşdən həzz almağa çağırır. Bütün bunlara əlavə olaraq geniş seçimli menyu beynəlxalq kokteyl və içkilər təklif edir. Vertical 29 Müasir dizayn və rahat şəraiti olan bu məkan məzuniyyəti qeyd etdikdən ən qısa müddət sonra geri dönməyə məcbur edəcək. "Vertical 29" restoranı milli və Avropa mətbəxi yeməklərindən ibarət zəngin menyu, təkrarolunmaz ləzzətli desertlər təklif edir. Bakıya gözəl mənzərəsi olan terrasda otura və şəkillər çəkdirə bilərsiniz. Nur by Eleven "Nur by Eleven"in rəngli şüşəli, əlvan çiçəkli, bar masası, rahat divanlı istirahət zonası olan ultradəbli interyeri, ölkəmizin ənənəvi yeməkləri məzuniyyət gecəsinə əla uyğunlaşır. Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.