Azərbaycan bölgələrində yaşanan hava şəraiti kənd təsərrüfatında məhsuldarlığı aşağı salıb. Bir neçə gün bundan qabaq bəzi bölgələrimizdə leysan yağışların və dolu düşməsi nəticəsində kənd təsərrüfatında məhsuldarlığın aşağı olmasına təsir göstərib. ONA-nın məlumatına görə, bunu Azərbaycanın kən təsərrüfatı naziri İnam Kərimov bildirib. Onun sözlərinə görə, bu cür təbii fəlakətlərdə nəticəsində fermerlərə köməklik göstəriləcək: “Hazırda Milli Məclisdə də aqrar sığorta haqqında qanun layihəsi müzakirə olunur. Yəqin ki, sözügedən qanun bu yaxınlarda qəbul ediləcək”. Nazir qeyd edib ki, layihə hazır olandan sonra fermerlərə dəymiş ziyan aradan qaldırılacaq.Azadpress.az