Donald Tramp Avropa İttifaqına qarşı çıxıb


ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya Avropa İttifaqından (Aİ) saziş imzalamadan çıxmağı məsləhət görüb. ONA-nın məlumatına görə, Böyük Britaniyaya səfərə hazırlaşan D. Tramp "The Sunday Times" qəzetinə müsahibəsində bildirib ki, əgər Brüsselin təklifləri qaneedici deyilsə, London Aİ-dən razılaşma imzalamadan çıxmalıdır. ABŞ Prezidenti Böyük Britaniyaya Aİ-dən çıxmaq müddətinə dair öhdəliyin yerinə yetirilməməsinə görə Brüsselə 50 milyard dollar ödəməməyi də məsləhət görüb: "Əgər mən olsaydım, 50 milyard dollar ödəməzdim. Bu, böyük məbləğdir". Bununla bərabər, D. Tramp hesab edir ki, danışıqlarda daha çox imkanlar əldə etmək üçün London Brüsseli məhkəməyə verməlidir. ABŞ Prezidenti britaniyalı Naycela Fərəci London və Brüssel arasında aparılan danışıqlarda vasitəçi təyin etməyi də məsləhət görüb. Böyük Britaniya 29 mart 2019-cu ildə tərk etməli idi və ölkənin Avropa Parlamentinə seçkilərdə iştirakı planlaşdırılmamışdı. Ancaq Böyük Britaniya parlamenti Brüssellə əldə edilmiş razılaşmanı qəbul etmədiyi üçün Londona oktyabrın 31-nə qədər vaxt verilib.Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.