top of page

Bakıda daha bir kriminal avtoritet qətlə yetirilib


Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb. Qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa “Mercedes” markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.  Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Belə ki, məlum şəxslər Azadlıq prospekti ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilə tapançadan atəş açıb. Nəticədə avtomobildə olan bir nəfər hadisə yerində keçinib. Azadpress.az  


bottom of page