7-ci sinif şagirdi məntiq yarışmasının qalibi oldu


Bakı şəhəri, Nəsimi rayonu 9 nömrəli orta məktəb üzrə 5-9-cu siniflər arasında məntiq yarışması keçirilib.

Azadpress.az xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan Aytac Mürsəl qızı Müstafayeva yuxarı sinif şagirdlərinə də qalib gələrək 1-ci yeri tutub.

Bakı şəhəri üzrə nümunəvi məktəblərdən biri olan 9 saylı tam orta məktəbdə mütəmadi olaraq şagirdlərin biliklərini artırmaq üçün yarış və müsabiqələr keçirilir.

Qeyd edək ki, Aytac Mustafayeva böhran şəraitində idarəetmə üzrə mütəxəssis,V çağırış Milli Məclisə deputatlığa namizəd olmuş Mürsəl Eldaroğlunun qızıdır. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.