Ramzan Kadırov Gürcüstanı cəzalandırmaqla hədələdi


Çeçenistan prezidenti Ramzan Kadırov Gürcüstanı təhdid edib. Kadırov  Telegram səhifəsində bu haqda yazıb. 

Azadpress.az  Lenta.ru'ya istinadən xəbər verir ki, Kadırov Tbilisidəki anti-Rusiya nümayişlərini tənqid edib:

" Xatırladıram ki,Tbilisiyə qədər cəmi 200 km yolumuz var. Allah bilir ki, biz Gürcüstanla yaxşı münasibət qurmağa çalışırıq. Lakin Qərbin adamları anti-Rusiya hərəkətləri ilə mane olur "

Ramzan Kadırov Gürcüstan prezidenti Salome Zurabşvilini Rusiyaya qarşı səsləndirdiyi fikirlərini də tənqid edib. 

Qeyd edək ki, Ramzan Kadırov 2009 cu ildə də Gürcüstana qarşı sərt mövqe sərgiləmişdi. 

Kadırova görə, Gürcüstanın 2008 ci ilin avqustunda Cənubi Osetiyaya hücumu bütün Qafqazı ələ keçirməyə çalışan Qərb dövlətlərinin Rusiyanın əleyhinə hazırladığı qəsdin bir hissəsi idi. O, Rusiya hökumətini bu cür təhlükənin qarşısını almaq üçün hücum strategiyası hazırlmağa çağırıb. 

“Gürcüstan, Cənubi Osetiya, Ukrayna-bütün bunlar davam edəcək və davam edir. Bu Rusiyanın ayrıca xəstəliyidir. Əgər biz bu problemi ləğv edə biliriksə, onda nəyə görə əziyyət çəkməliyik? Biz böyük ölkəyik, bizim hər şeyimiz var; ordu, texnologiya və s. Bizə hücum etmək lazımdır”-deyə çeçen lideri bildirmişdi. Azadpress.az  


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.