Qıza qarşı nalayiq hərəkət edən ərəb mütəxəssis kütlə tərəfindən döyülərək öldürülüb.
Azadpress.az xəbər verir ki, Qazaxıstanda fəaliyyət göstərən “Сohsolited Contracting Endihering and Prourement S.A.L Offshore” şirkəti işçilərinin məskunlaşdığı “Tengiz” qəsəbəsində qanlı hadısə baş verib.
Yerli fəhlələrin Kulsarı şəhərindən 120 kilometr məsafədə yerləşən mədəndə başladıqları etiraz aksiyası qanlı insidentə çevrilib.Şirkətin qazax qızına qarşı nalayiq hərəkət edən ərəb mütəxəssis döyülərək öldürülüb.
Qeyd olunur ki, aksiyaya şirkətdə işləyən Livan vətəndaşı Əli Daudun öz “WhatsApp” profilində qazax qızın alçaldıcı fotoşəklini paylşması səbəb olub. Azadpress.az