top of page

Bakıda maşını külək apardı-Bir nəfər öldü


Avqustun 5-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi "Nissan Micra" markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib və aşıb. Nəticədə avtomobildə xəsarət alan sərnişin Qadımova Gülqəz Savalan qızı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Unikal.org-un əldə etdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Gülqəz Qadımova əslən Füzuli rayon Köçəhmədli kəndindəndir. Mərhum qəza zamanı avtomobili idarə edən xanım sürücünün anasıdır. Onlar Nabrandan istirahətdən qayıdarkən qəzaya düşüblər. Mərhum Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbində Azərbaycan dili-Ədəbiyyatı müəllimi işləyirmiş.Azadpress.az


bottom of page