Azərbaycanda Hibrid avtomobilləri pulsuz diaqnostika edilir


"Toyota" və "Lexus" hibrid avtomobillərinin elektron diaqnostikası pulsuz  həyata keçirilir. 

Toyota Bakı Mərkəzindən Azadpress.az saytına verilən xəbərə görə ekoloji təmiz avtomobillərin istismarını stimullaşdırmaq üçün şirkət yeni kampaniyaya başlayıb. Hibrid sahibləri "Toyota"nın rəsmi dileri olan Toyota Bakı Mərkəzinə müraciət edə bilərlər.

Növbə gözləməmək üçün əvvəlcədən servis xidmətnə yazılmaq olar.  

Telefon :012 496 7010,Xətai r-nu, F.Bayramov 26.Azadpress.az 


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.