İqtisadçının vahid geyim forması təkilifi qəbul olundu


Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimləri vahid geyim formasına keçib.

Azadpress.az xəbər verir ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.

Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb.

Sözügedən təhsil olacağı şəhər mərkəzindən 15 kilometr aralıda yerləşir. 660 şagirdi olan məktəbdə 79 müəllim çalışır.

Qeyd edək ki,2015-ci ildə iqtisadçı Mürsəl Eldaroğlunun(Mustafayev) deputatlığa namizdəliyi bu ərazidən verilmişdir.O zaman Mürsəl Eldaroğlu vahid geyim formasına keçid təklifi ilə mediada və kənd əhalisi qarşısında çıxış etmişdir.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.