Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında görüş başlayıb.
“Report” “Sabah”a istinadən xəbər verir ki, görüş Türkiyə prezidentinin Ankaradakı iqamətgahında keçirilir. Görüş mətbuata qapalıdır.
ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Türkiyə hərbçilərinn Suriyada həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı məsələni müzakirə etmək üçün Türkiyəyə gəliblər.Azadpress.az