Süni qiymət artımı-Yumurta 5 manat!


Dünyada son dövrlər geniş yayılmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirilib.Həmin yumurtlar müəyyən şəxslər tərəfindən guya daha faydalı ərzaq kimi baha qiymətət satılır.

Azadpress.az medicina.az-a istinadən xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə guya onu ağ yumurta kimi ucuz əldə etmək çətindir.

Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir.

"Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində, digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.