Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım ictimai birliyinın sədri,hüquqşünas Zaur Seyidzadə Azadpress.az saytına müsahibə verib.
-Ötən həftə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI hesabat-seçki konfransı keçirilib.Bu konfransda siz də təmsil olunmuşdunuz.Bir qədər məlumat verə bilərsinizmi?
-Konfransda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Şuranın üzvü olan gənclər təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak edirdlər.ARGTMŞ-in seçkili orqanlarına səsvermə keçirildi.Məryəm Məcidova səsvermə nəticəsində Şuranın sədri seçildi. Konfransda, həmçinin sədr müavinləri, nəzarət-təftiş komissiyasının və idarə heyətinin üzvləri də müəyyənləşiblər.Mən də təftiş komissiyasına üzv seçildim.
-Gənclər Təşkilatları Milli Şurasının işini obyektiv olaraq necə qiymətləndirirsiniz?
-Bir QHT sədri kimi deyə bilərəm ki, ARGTMŞ gənclərlə xeyli davamlı iş görüb.Təşkilat öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəldilməsini özünün əsas vəzifəsi hesab edir.
-Rəhbəri olduğunuz Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım ictimai birliyi hazırda hansı layihə üzərində çalışır?
-Təəssüflə qeyd etməliyəm ki, valideyn himayəsindən məhrum olan və əlilliyi olan uşaq və gənclərlə bağlı qanunlarımızda bir qədər boşluqlar var. Bu istiqamətdə ixtisaslaşmış bir QHT kimi həmin çatışmazlıqları aradan qaldırmaq üçün layihə hazırlayırıq.İlin sonuna qədər təkliflərimizi dövlət qurumlarına təqdim edəcəyik.
Azadpress.az