top of page

ABŞ-ın erməni diasporu Azərbaycanlı qıza təzyiq edir


ABŞ-da rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Pozneri qərəzli olmaqda ittiham edən, haqlı mövqeyi ilə onu susduran Arzu Məmmədova İnstaqram səhifəsində videomüraciət yerləşdirib.

Azadpress.az xəbər verir ki, “Çox sağ ol, Azərbaycanım!” başlığı paylaşına videoda Arzu ona göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkürünü çatdırıb, inanılmaz hislər keçirdiyini bildirib.

O, həmçinin ermənilərin təbliğata başladığını və bu səbəbdən Azərbaycan xalqının ona dəstək göstərməsini xahiş edib.

Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşmüşdü.Azadpress.az


bottom of page