Bağdadinin cəsədinin qalıqları harada dəfn ediləcək?


İŞİD-in məhv edilən lideri Əbu Bəkr Bağdadinin qalıqları dənizə atılacaq.

Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası yayıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen də yayılan məlumatı dolayısı ilə təsdiq edib. O, Bağdadi ilə Əl Qaidə lideri Üsamə bin Laden kimi davrana biləcəklərini deyib.

Bin Ladenin də qalıqları Ərəb dənizinə atılmışdı.

Qeyd edək ki, ötən gün ABŞ xüsusi təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində İŞİ lideri Əbubəkr Bağdadinin məhv edildiyi bildirilir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.