top of page

Namiq Abdullayevin qardaşı tanınmış jurnalistə xəsarət yetirib


Space TV-nin aparıcısı,tanınmış jurnalist Elçin Əlibəyli müxalifəti tənqid etdiyinə görə döyülüb.

Jurnalist bu haqda Facebook səhifəsində yazıb. Əlibəyli qeyd edib ki, döyülməsi haqda polisə şikayət etsə də, polis heç bir tədbir görmür.Polisin işə baxmamasını isə onu döyən şəxsin olimpiya çempionu Nmaiq Abdullayevin qardaşı olmasını bildirib.

"Əziz həmkarlar, dəyərli ziyalılar, kimin üçün dəyərləymsə, mənə hörmət qoyursa bu mürəciətimi işqlandırınsın. Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döülsəm də bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq (qrija) partladması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram. Mənə YALNIZ SİZİN MƏNƏVİ dəstəyiniz lazımdır!"Azadpress.az


bottom of page