Hibrid “Rav4” “Caspian Ecology” sərgisində böyük marağa səbəb olub


Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2019” sərgisi keçirilib. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Azadpress.az xəbər verir ki,sərgidə “ISR Auto” şirkəti “Toyota Rav4”hibrid avtomobili ilə iştirak edib.Ekoloji təmiz atomobillər sərgidə böyük maraq doğurub. Ziyarətiçilər hibrid “Rav4”-ün xüsusiyyətləri ilə tanış olub,sınaq yürüşü ediblər.

Sərgini ziyarət edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvələr Naziri Muxtar Babayev “Ekoloji təmiz nəqliyyat vasitələri” stendi ilə tanış olub.Nazirin diqqətinə çatdırılıb ki,belə maşınlar Azərbaycanda rəsmi diler olan “Toyota Bakı Mərkəzi”ndə satışa çıxarılıb.Avtomobillər vətəndaşlara istehsalçının tam zəmanəti ilə təklif olunur. Hibrid avtomobillərin servis xidməti də beynəlxalq standartlara uyğun təşkil olunub. Bu avtomobillər ekoloji təmiz olmaqla yanaşı,resurslara da qənaət edir.Belə avtomobillərin istismarını stimullaşdırmaq üçün “ISR Auto” tərəfindən maarifləndirici təbliğatın aparıldıığı qeyd olunub.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvələr Naziri Muxtar Babayev belə avtomobillərin istismarını stimullaşdırmağın vacib olduğunu deyib. Xüsusi ilə ətraf mühitin qorunması istiqamətində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verildiyini bildirib.

Qeyd edək ki,”Caspian Ecology” ətraf mühit sərgisi beynəlxalq statusa malikdir. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçirilir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.