top of page

"Paşinyan ailəsi psixi xəstədir"-Ekspert


Ermənistanın Baş naziri Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyanın məsuliyyətsiz davranışları və çıxışları Ermənistanın daxilində də böyük narazılığa səbəb olub. Hətta vəziyyət o yerə çatıb ki, erməni müxalifətinin bir qismi bu cütlüyün psixi durumunun yoxlanılması ilə bağlı təşəbbüsə başlayıb.

Ermənistanın "Sağlam Cəmiyyət" ictimai təşkilatının sədri, İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü Marina Xaçatryan jurnalistlərlə görüşündə bu məlumatı təsdiqləyib. O əlavə edib ki, indiki hökumət və parlament qovulmalı, yeni hakimiyyət formalaşdırılmalı, habelə vəzifəli şəxslərə əlavə tələblər qoyulmalıdır.

M.Xaçatryan vurğulayıb ki, mütləq təhsil senzi tətbiq edilməli, habelə psixi xəstəliklər də daxil olmaqla, bir sağlamlıq arayışı tələb etmək lazımdır ki, indiki hakimiyyətdə olanlar kimi psixi xəstələr bir də hakimiyyətə gələ bilməsinlər. O əlavə edib ki, onların təşəbbüsü ilə maliyyə vəsaiti toplanıb və Paşinyanın və həyat yoldaşının psixi vəziyyətinin müayinəsinin keçirilməsi məqsədi daşıyır. Həmçinin onu da qeyd edib ki, N.Paşinyanın həyat yoldaşı A.Akopyanın Qarabağa getməsinə qadağa qoyulmalıdır və fikrini onunla əsaslandırıb ki, Akopyanın Azərbaycan Respublikasının Birinci vitse-prezidentini Qarabağa dəvət etməsi böyük səhvdir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page