Türkiyə parlamenti ABŞ Senatının “erməni soyqırımı” qərarını rədd etdi


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında ABŞ Senatının qondarma erməni soyqırımı qərarını qınayan və rədd edən qətnamə mətni qəbul edilib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, TBMM sədri Mustafa Şəntopun imzaladığı qətnamə oxunaraq səsverməyə çıxarılıb. Mətnə AKP, CHP, İYİ Partiya və MHP-nin qrupları qəbul səsi, HDP qrupu isə rədd səsi verib.

Qəbul edilən qətnamədə deyilir:“ABŞ Senatının tarixi reallıqları təhrif edərək beynəlxalq hüququn normalarını heçə sayaraq, qondarma erməni soyqırımı iddiaları ilə bağlı qəbul etdiyi qərarı Türkiyə Böyük Millət Məclisi olaraq təəssüflə qınayır və rədd edirik”.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.