İran ABŞ-ın hərbi bazalarını raket atəşinə tutub


İraqda ABŞ-a məxsus “Eyn əl-Əsəd” hərbi bazasına raket zərbəsi endirilib.

“Reuters”in məlumatına görə, hücum nəticəsində itiklər haqqında məlumat yoxdur.

İranın “Press TV” telekanalı xəbər verir ki, öz növbəsində İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına onlarla raket zərbəsi endirdiyini bildirib.

“SEPAH İraqdakı ABŞ-ın “Eyn-əl-Əsəd” aviabazasına onlarla raket zərbəsi endirilməsini təsdiqləyir”, - deyə telekanalın “Twitter” səhifəsində yazılıb.

“ABC” telekanalının digər bir amerikalı rəsmiyə istinadən bildirdiyinə görə, zərbələr İran ərazisindən "Fəteh 110" ballistik raketlərlə endirilib. Telekanal, həmçinin xəbər verir ki, İran İraqın şimalında, Erbil bölgəsində yerləşən ABŞ obyektlərinə də raket zərbələri endirib.İran ABŞ bazalarına fasilə ilə iki dəfə bir neçə raketlərlə zərbə endirib.

Amerika obyektlərinə endirilən raket zərbələri barədə artıq prezident Donald Trampa məlumat verilib. Donlad Tramp hər hansı bir açıqlama verməyib. Facebook səhifəsində isə heç bir itki yoxdur,deyə yazıb.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.