top of page

Gürcüstanda "donuz qripi" epidemiyası başlayır


Gürcüstanda "donuz qripi" adlandırılan H1N1 virisundan ötən ay iki nəfər ölməsi həmsərhəd ölkələrdə narahatlığa səbəb olub.

Gürcüstanda "donuz qripi"ndən iki nəfərin öldüyünə dair məlumat yayılıb. Ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır. Qrip bu ilin yanvar ayının sonundan yenidən yayıla bilər. Adətən donuz qripi mövsümi xarakter daşıyır və yanvar-fevral aylarında virus epidemiyası başlayır.

Sputnik Gürcüstan-ın yaydığı məlumata görə, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin elmi direktoru Paata İmnadze də keçirdiyi mətbuat konfransında qrip hücumlarının - H1N1 virusunun Gürcüstanda daha tez-tez baş verdiyini təsdiqləyib. Son bir həftəyə görə, belə hadisələrin sayı 100 min nəfərə 190 nəfərdir: "Gürcüstan üçün hər 100 min nəfərə 450-550 hal epidemioloji təsir sayılır. Ötən il eyni dövrdə 100 min nəfərə 220 hadisə, pik dövrdə isə 280 hadisə qeydə alınmışdı. Epidemiya barədə danışmaq olmaz, qrip əsasən uşaqlar arasında yayılır, xəstəxanaya yerləşdirmə gənc uşaqların üzərinə düşür, böyüklər üçün xəstəxanalar həddən artıq yüklənmir".

Məlumat üçün bildirək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub.Azadpress.az


bottom of page