Tanınmış telejurnalistin Milli Məclisə namizədliyi qeydə alınıb


Tanınmış telejurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Cəfərov Elman Telmanoğlu da seçki marafonuna qoşulub.

Elman Cəfərovun yaşadığı Sumqayıt şəhərindən 41 sayli Sumqayıt birinci seçki dairəsindən namizədliyi rəsmi qeydə alınıb.

Elman Cəfərov uzun müddət Lider TV-də çalışıb. Bir neçə bədii və sənədli filmlərin rejissoru olub. Ölkənin mədəni-ictimai həyatında fəal iştirak edib.Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.