
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaq və Gənclərə Yardım İctimai Birliyinn sədri,hüquqşünas Zaur Seyidzadə Azadpress.az saytına bildirib ki,Azərbaycanda əlillərin işlə təmin olmasında böyük maneələr var. Əlilliyi olan vətəndaşlarımız faktiki olaraq işləmək hüququndan məhrum olublar.
Zaur Seyidzadə ölkə Prezidenti İlham Əliyevə təkliflər göndərib:
“Bir neçə təklif verilib. Bu,əlillərin hquqularına dair qanunvericilik,məşğulluğun təmin olunması,təhsil problemləri,mənzil problemləri,vergi güzəştləri və digər bir sıra məsələləri əhatə edir.Bir hüquqşünas kimi deyə bilərəm ki,bu qanunların təkmilləşdirilməsinə ehtiyac var. Bir sıra boşluqlar var. Bu səbəbdən də cənab Prezidentə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdim ki,bu məsələ müzakirəyə çıxarılsın,aidiyyatı qurumlar bu işlə ciddi məşğul olsunlar.Vaxtı ilə biz nazirlik və müxtəlif qurum rəhbərləri ilə dəfələrlə görüşmüşük.Təkliflərimizi və iradlarımızı bildirmişik,lakin heç bir nəticə olmayıb. Hətta hörmətli keçmiş ombudsmanımız Elmira xanım da bu məsələni diqqətə götürümüşdü.Biz bu təklifləri hazırlamzdan öncə “əlil təşkilatıar”la işləmişik, təşkilatımızın hüquqşünaslardan ibarət işçi qrupu son variantı yekunlaşdırıb hökumətə təqdim etdik.Onu da deyim ki, dövlət qurumları-idarə və təşkilatlarda monitorinq qrupu yaradılmalı idi. Təəssüf ki,bu da yoxdur və hər gün keçdikcə əlilliyi olan vətəndaşlarımız daha ağır şəraitə düçar olur. Ümid edirəm ki,cənab Prezident təkliflərimizə diqqət yetirəcək və aidiyyatı nazirliklərə göstəriş verəcək. Həm də monitorinq qrupu yaradılacaq. Biz bu monitorinq qrupunda geniş təmsil olunmağa,boşluqları aradan qaldırmaq üçün əməli iş göməyə hazırıq.
Hazırda Azərbaycanda 600 minə yaxın əlil var. Rəsmi statistikaya əsasən əlillər ölkə əhalisinin 6%-ini təşkil edir. Bunlardan da təxminən 70 min nəfəri 18 yaşadək olan uşaqlardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, əlillərin sadəcə 5 faizi işləyir"
Zaur Seyidzadə deyir ki,Azərbaycanda əlilliyi olan insanların işə qəbulunda ciddi problemlər yaşanır və əlliliyi olan insanların çox nadir hallarda işə götürüldüyü məlum olub:
“Bütün dövlət idarələrində əlillərlə bağlı monitirinq qrupu olmalıdır.Dövlət əlillərin problrlərini həll etmək üçün kifayət qədər vəsait ayırıb,lakin əlillərin normal,heç olmasa, minumum yaşayışını təmin etmək üçün az iş aparılır.Çünki monitorinq qrupu yoxdur.Mən özüm də hüquqşünasam,lakin dövlət qulluğuna götürmürlər.Çünki qanunveircilikdə maneələr var”
Azadpress.az