
İran ABŞ-ın İraqdakı bazalarına hücum zamanı “Rus Glonass” peyklərinin köməyindən istifadə edib.
24News xəbər verir ki, İranın atdığı raketlər Rusiya peyklərinin koordinatları əsasında hədəfi dəqiqliklə vurub.
İddialara görə, İran ABŞ-ın nəzarətindəki GPS sistemi əvəzinə “Glonass” texnologiyasından istifadə edib. Nəticədə atılan 19 raketdən 17-si hədəfə tuş gəlib.
Rusiya Müdafiə Nazirliyindəki mənbələr isə yayılan iddiaları təkzib edib.
Qeyd edək ki, İran iki bazanın vurulması zamanı 80 amerikalının öldüyünü iddia etsə də, ABŞ tələfatın olmadığını bildirib.Azadpress.az