Mask internet peyklərini orbitə göndərdi


“Speys X” şirkəti cümə günü orbitə 60 ədəd “Starlink” internet peykini buraxmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə şirkətin Tvitter hesabında məlumat yerləşdirilib.

Peyklərin Falkon-9 raket daşıyıcısı ilə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, “Starlink” peyk şəbəkəsi Yer əhalisinin internetə genişzolaqlı çıxışını təmin etmək üçün nəzərdə tutulub. Layihənin ilk icrası 2018-ci ilin 22 fevralında həyata keçirilib. Ümumilikdə orbitə 12 min peykin buraxılması nəzərdə tutulur.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.