top of page

Avropa Parlamentində Gürcüstan hökuməti sərt tənqidlərə məruz qalıb


"Səmimi olaraq deyin, Bidzina İvanişvili seçki islahatları barədə danışır, kulislərin arxasında isə onun qüvvəyə minməməsi üçün səhnəcik hazırlayırdı. Əgər avropalısınızsa, bunu etiraf edin".

24News xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Gürcüstan nümayəndə heyətinə cavab olaraq Avroparlamentar Mark Kaleri bildirib.

"Gürcüstanın Avropaya inteqrasiyasına həmişə dəstək olacağıq. Ancaq, düşünürəm ki, bu dəstəklə birlikdə sizlər də öhdəliklərinizi yerinə yetirməlisiniz. Siz bu gün seçki islahatlarının qəbul edilməməsini yüksək daxili partiya demokratiyası ilə izah etmək istəyirsiniz. Səmimi şəkildə deyin ki, İvanişvili seçki sistemini dəyişək deyirdi, ancaq kulislərin arxasında onun qəbul edilməməsi üçün səhnəcik hazırlayırdı",-deyə Marl Kalier bildirib.

Qeyd edək ki, bir neçə gündür ki,Avropa Parlamentində Gürcüstan nümayəndə heyəti Gürcüstanda demokratiya və insan haqılarının pozulduğuna görə hakimiyyəti tənqid edir,suallara cavab istəyirlər.Azadpress.az


bottom of page