Sumqayıt şəhəri,41 saylı seçki dairəsindən Milli Məclisə namizədliynii irəli sürmüş Elman Cəfərov Telman oğlu abituriyentlərlə görüşüb.
Görüşə həvəslə qatılan gənclər deputatlığa namizədə elm-təhsil,gələcək peşə seçimi ilə bağlı suallar veriblər. Elman Cəfərov abituriyentlərin suallarını cavablandırıb,onlara öz seçki platforması haqqında məlumat verib. Namizəd seçkilərdəki səsvermədə mütləq iştirak etməyi,vətəndaş mövqeyini bildriməyin vacib olduğunu deyib. O,gənclərə İlk növbədə daim sağlam və vətənpərvər ruhda olmağı arzulayıb.Azadpress.az