Deputatlığa namizəd Elman Cəfərov Sumqayıt sakinləri ilə görüşüb


Sumqayıt 41 sayli birinci seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürmüş Elman Cəfərov seçicilərlə görüşünü keçirib.

Deputatlığa namizəd Sumqayıt şəhərində yerli sakinlərlə və seçicilərlə görüşüb, söhbətləşib. Görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar,tələbələr, ictimaiyyət nümayəndələri iştirak edib.Cəfərov Elman Telman oğlu seçicilərlə görüşdə bildirib ki, etimad və dəstəkləriniz olarsa Milli Məclisdə sizin səsiniz olmaq və sizi layiq olduğunuz şəkildə təmsil etmək üçün var gücümlə çalışacağam.

"İstəyən hər kəsə öz adımdan notarial qaydada təsdiqlənmiş sənəd təqdim edəcəyəm ki,Millət Vəkili seçildikdən sonrakı 5 il müddətində hazırda yaşadığım ünvandan, yəni 17-ci mikrorayon ərazisindən köçməyəcəyəm,qərargahım və şəxsim hər zaman seçicilərimə əlçatan olacaq.Və həmçinin bu 5 illik fəaliyyətim sona çatdıqdan sonra daha gənc və müasir gənclərin parlamentdə öz xalqını təmsil etməklərinə yardımçı olmaq məqsədi ilə yenidən namizədliyimi irəli sürməyəcəyəm. Mən xalqım qarşısında olan bu şərəfli işi tam məsuliyyəti ilə dərk edirəm!"-deyə, Sumqayıt Şəhər Olimpiya Kompleksində seçicilərlə baş tutmuş görüşündə Cəfərov Elman belə deyib.

Görüşdə səhiyyədə,təhsildə,sosial sferada,iş mühitində olan hazırkı problemlərə də toxunulmuşdur. Sonda "Xalq öz müqəddəratını yalnız özü həll edə bilər!"söyləyən Elman Cəfərov bütün Sumqayıtlıları seçkidə fəal iştirak etməyə səslədi.

Sumqayıt seçiciləri namizədlə görüşdən məmnunluğunu bildirərək, fevralın 9- da Elman Cəfərova hamıl;qla səs verəcəklərini ifadə ediblər.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.