BMT İnkişaf Proqramı iqlim dəyişikliyi ilə mübarizə kampaniyasına başlayır


BMT-nin İnkişaf Proqramı “Missiya 1.5” kampaniyasına başlayıb.Kampaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qoyulmuş yüksək hədəflərlə bağlı hökumətlərlə vətəndaşlar arasında olan kommunikasiya boşluğunu aradan qaldırmaq məqsədini daşıyır.

“Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməli olduğuna dair öz mövqelərini hökumət rəhbərlərinə bildirməsi üçün imkan yaradır. BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərlik etdiyi kampaniya dünyanın hər yerində vətəndaşlarla hökumətlər arasındakı kommunikasiya çatışmazlığının aradan qaldırılmasına yönəlib. Bu çatışmazlıq dünyanın müxtəlif yerlərində vətəndaşlar tərəfindən ictimai rəyin məktəb tətilləri, kütləvi etiraz kimi kəskin formalarda ifadə olunmasına gətirib çıxarıb.Azadpress.az xəbər verir ki,

Kampaniya, BMTİP və oyun hazırlanması, iqlimşünaslıq və ictimai sorğuların keçirilməsi üzrə ekspertlərlə birgə hazırlanmış internet və mobil əsaslı video oyun üzərində qurulub. Bu oyunda oyunçular iqlim siyasətləri üzrə məsul şəxslərin vəzifələrini icra edir və qlobal istiləşməni 1.5°C aşağı temperaturda saxlamaq məqsədilə qərarlar verirlər.

Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib və 2015-ci ildə Parisdə keçirilən iqlim dəyişikləri ilə bağlı danışıqlardan öncə həyata keçirilib.

“Mission 1.5” oyununa www.mission1point5.org saytından daxil olmaq və dünyanın istənilən nöqtəsindən oynamaq mümkündür.

BMTİP-in rəhbəri Akim Ştayner bildirib: “Bu kampaniya vasitəsilə biz, özəl və dövlət sektorundan olan tərəfdaşlarla birlikdə, milyonlarla insanı öz hökumətləri ilə iqlim böhranının həlli yolları barədə ikitərəfli innovativ müzakirələrdə bir araya gətirmək və bu il Qlazqoda keçiriləcək “COP26” iqlim danışıqları ərəfəsində hədəfləri yüksəltmək imkanı əldə edirik.”

BMTİP, iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üzrə düşünülmüş siyasətlərin qəbulu, enerjidən səmərəli istifadənin təşviqi, CO2 tullantılarının azaldılması və iqlim dəyişikliyinin səbəb olduğu ekstremal meteoroloji hadisələrə hazırlıq istiqamətində Azərbaycan Hökuməti və milli tərəfdaşlarla 20 ildən artıqdır ki, yaxından əməkdaşlıq edir.

“Azərbaycanda BMTİP Hökumətin Paris Sazişinə uyğun olaraq, 2030-cu ilədək istixana effekti yaradan qazların tullantılarını 35% azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək göstərir. Buna nail olmaq üçün enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar kimi alternativ vasitələrə dəstəyin artırılması çox vacibdir, çünki bu alternativ vasitələr öz növbəsində minlərlə yeni “yaşıl” iş yerinin açılmasına imkan verərək, iqtisadiyyatın şaxələndirilməsinə kömək edə bilər,” – deyə BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.