Ölkədə təmizləmə işləri beşinci kolonun nümayəndələrini hakimiyyət orqanlarından uzaqlaşdırmaq məqsədi daşıyır.
Azadpress.az xəbər verir ki, “Yeni Musavat”ın canlı efirində politoloq Eldar Namazov belə deyib.
“Bu islahatlar idarəetmədə, rüşvətxorluqla mübarizədə böyük önəm kəsb edir. Mən çox istəyirəm ki, bu islahatlar davam etsin. Bununla bağlı bizi çox böyük çətinliklər gözləyir. Buna görə çox böyük narahatlıq keçirirəm. Geopolitik məsələlərdə, Qarabağ problemin həllində, eləcə də daxildə çox ciddi problemlər mövcuddur. Dövlət qurumlarda onilliklər boyu rəhbər vəzifə tutanları təmizləmək olduqca çətindir”. Azadpress.az
Comments