65 yaşlı vətəndaşlar tibbi maska taxıb məsafə saxlamalıdırlar


Beynəlxalq təcrübə göstərir ki, dünya ölkələri vətəndaşları sərt karantin rejimi ilə yox, bu virusla birgə yaşamağa çağırır.

Azadpress.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Virus aramızda qalmağa davam edəcək. Yaxın bir il ərzində vaksinin tətbiqi gözlənilmir. Antivirus dərmanı da olmadığı üçün biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq" .

O əlavə edib ki, bu ilin sonunadək ölkədə karantin rejimi davam edəcək: "Ola bilsin, xüsusi karantin rejimindən yumuşaltmalarla tədricən çıxdıq. Bizim tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunub, müalicə edilməsi üçün adekvatdır. Lakin gedişat vətəndaşların sosial məsuliyyətindən asılıdır.

Tibbi maska və sosial məsafə ilə ən azı ilin sonunadək yaşayacağıq. Xüsusilə 65 yaşdan yuxarı vətəndaşlarımızdan bu qaydalara riayət etmələrini xahiş edirik"

Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov əlavə edib ki, karantin rejimi qaydalarına riayət etmək məcburidir və maskadan istifadə edilməməsinə görə inzibati məsuliyyətin tətbiqi mümkündür. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.