top of page

ABŞ Azərbaycana 100 milyon dollar ayırıb


ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb.

Azadpress.az musavat.com-a istinadən xəbər verir ki, Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən türkofob Speyer Twitter hesabında belə yazıb:

“ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistana isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!

Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox şiddətə imkan verə bilmərik”.




Yorumlar


bottom of page