ABŞ F-35-ləri Türkiyəyə nə zaman verəcək?


ABŞ gələcəkdə F-35-ləri Türkiyəyə verəcək.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Tolqa Özbək deyib.

“Türkiyə F-35-lərə görə ABŞ-a 1,8 milyard dollar ödəyib. Ümumilikdə, 12 milyard dollar ödəməlidir. Türkiyənin 10 faizlik sənaye payı var. ABŞ-ın gələcəkdə F-35-ləri Türkiyəyə verəcəyini zənn edirəm. Bəs, bu təyyarələr necə gələcək? Xarici hərbi satışlarla, yaxud başqa məqsədlə satıla bilər. Təxmin etmək çətindir. Regionda güc nisbəti də müzakirə mövzusudur”, - deyə ekspert bildirib.

Özbəyin sözlərinə görə, Türkiyənin F-35 proqramından çıxarılmasının ABŞ-a da mənfi təsirləri var.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini aldığını əsas gətirərək Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina edir. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.