top of page

ABŞ Rusiya sərhədinə döyüş PUA-ları yerləşdirdi




ABŞ hərbi-hava qüvvələri Rumıniyadakı bazasına çoxlu sayda pilotsuz uçan aparat və 90 pilot göndərib.


Musavat.com xarici agenltiiklərə istinadən xəbər verir ki, ABŞ hərbi komandanlığı bunu Rusiyadan gələ biləcək təhdidlərlə əsaslandırıb.


Rumıniya Müdafiə nazirliyi Birləşmiş Ştatlara məxsus qüvvələrin Kımpiya-Turzi şəhərindəki bazaya yerləşdirildiyini və onların burada bir neçə ay qalacağını təsdiqləyib. Rəsmi Buxarest burada əsas məqsədin NATO əməliyyatları çərçivəsində informasiya toplanması, müşahidə və araşdırmanın həyata keçirilməsindən ibarət olduğunu bildirib.


“Bizim “MQ-9” (Reaper) PUA-larımızın belə bir stateji nöqtədə cəmləşdirilməsi müttəfiqlərimizi və tərəfdaşlarımızı sakitləşdirmək məqsədini daşıyır. Bundan başqa biz düşmənlərimizə istənilən təhdidə anında cavab verə bilmək qabliyyətində olduğumuzu göstəririk”,-deyə ABŞ HHQ-nin Avropa və Afrika üzrə komandanı general Ceff Harriqyan mətbuata danışıb.



Comments


bottom of page