Ankarada Azərbaycana izdihamlı dəstək aksiyası keçirilib


Türkiyənin paytaxtında Ermənistanın hərbi təxribatlarını pisləyən aksiya keçirilib.


Azadpress.az xəbər verir ki, Ankaranın Keçiörən Bələdiyyəsi Azərbaycana dəstək aksiyası təşkil edib.

Aksiyada Anakara Şəhəri Geçiören Bələdiyyəsinin Başqanı Turqut Altınok,Türkiyə Böyük Millət Məclisinin, Millət Vəkili Şamil Ayrım, Azərbaycan Respublikasının Türkiyə Respublikasında Səlahiyyətli Səfiri Xəzər İbrahim, Türkiyədə yaşayan azərbaycanlılar və qardaş ölkə vətəndaşları iştirak ediblər.


İzdihamlı aksiyada Bələdiyyə başqanı Turgut Altınok çıxış edib. Başqan işğalçı Ermənistanı və ona dəstək verən ölkələri psiləyib. Digər çıxışçılar da Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Türkiyə xalqının qardaş Azərbaycan xalqına dəstəyi ifadə olunub, Azərbaycan şəhidləri qürurla anılıb.

"Can Azərbaycana canımız fəda" şüarı ilə baş tutan aksiyanın iştirakçıları Ermənistanın Tovuzda törətdiyi hərbi təxribata etirazlarını bildiriblər.





Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.