top of page

“Aprel zəfərini qürurla anırıq!” – AzTV-dən yeni videoçarx



Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı

videoçarx hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına

görə, fərqli tərtibatda hazırlanan və şüarı “Aprel zəfərini qürurla anırıq!”

olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin

başlanğıcı olduğu qeyd edilir.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən

gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan

Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər

rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun

Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı

kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük

qayıdışın başlanğıcı olub. Azadpress.az


bottom of page