top of page

Araik Arutunyan barəsində cinayət işi başlanıb və axtarışa verilib


Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Azadpress.az xəbər verir ki,bunu Baş prokuror Kamran Əliyev ötən həftə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: “Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib”.

Baş prokuror deyib ki, Araik Arutunyan barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki həmin şəxs barədə beynəlxalq axtarış elan edilib.

bottom of page