Arif Hacılı Real partiyasını hakimiyyətə işləməkdə suçladı, Natiq Cəfərli onu debata çağırd.
Müsavatla ReAL partiyaları arasında şiddətli qalmaqal.
Siyasi cameyədə daha bir qalmaqal baş verib. Musavat.com xəbər verir ki, Real Partiyasının qeydə alınmasından sonra bu münasibətlə Prezident Administrasiyasının siyasi partiyalarla iş üzrə şöbəsinin rəhbəri Ədalət Vəliyevin prezident İlham Əliyevin adından partiyanı təbrik etməsi ciddi polemikalara səbəb olub.
Belə ki, dünən Müsavat Partiyasının başqanı Arif Hacılı bununla bağlı sosial şəbəkədə aşağıdakı statusu yazıb: "Real artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir".
Sözügedən status gecə saatlarında sosial şəbəkədə realçılar və müsavatçılar arasında ciddi söz atışmasına, qarşılıqlı ittihamlara səbəb olub. Müsavatçılar realçıları hakimiyyətə işləməkdə, sonuncular da onları zamanında parlamentdə danışıqlar hesabına təmsil olunmaqda, mühacir alverində iştirak etməkdə ittiham edib.
Amma polemika Real Partiyasının icra katibi Natiq Cəfərlinin statusun altında şərh yazmasından sonra daha da alovlanıb. Onun yazdıqlarına A.Hacılı birbaşa cavab yazıb və nəticədə aşağıdakı söz atışması yaranıb:
Natiq Cəfərli: “Arif bəy, mən sizi ciddi adam sayıram, nə ilə sübut edərsiz bu absurd iddianızı? Nədir sizi narahat edən?! Son 3 gündə bütün Qərb dövlətlərinin təbrikimi? Deməli, Fransa, ABŞ, Britaniya, AB səfirləri hakimiyyətə işləyir, eləmi?! Yoxsa 27 ildir elə bilirsiz ki, burda Qərb hakimiyyəti dəyişəcək, siz də kənarda qalacaqsız?! Siz özünüz azı 5 dəfə müsahibə verib danışıqlara yaşıl işıq yandırdız, indi nədir dərdiniz?! Elə bilirsiniz ki, xora qoşulmaqdı siyasətçinin işi?! Sizi istənilən İnternet TV də debata dəvət edirəm - ya sözünüzü sübut edəcəksiz, ya üzr istəyəcəksiz. Buyurun. Gözləyirəm”.
Azadpress.az
Kommentare