Son dövrlərdə uşaqlarda rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi çox çətindir. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir.
Autizimdən əziyyət çəkən uşaqlardan biri Əli Ayvazovdur. Səkkiz yaşı Əliyə Kanner sindromlu uşaq autizmi diaqnozu qoyulub. Onda qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları var. Uşağın valideynləri ictimaiyyətən onlara dəstək olmağı xahiş edirlər.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger və Kanner sindromlarını misal çəkmək olar.
Asperger sindromu olan uşaqların intellekt səviyyələri həddindən artıq yüksək olur. Onlar adi uşaqlardan intellekt baxımından çox irəlidə olurlar. Belə uşaqlar riyaziyyat, məntiq, informatika kimi fənlərdə həddindən artıq yüksək nəticələr göstərirlər. Sadəcə olaraq onlara insanlarla ünsiyyət qurmaq çətin olur. Bu sindromlu uşaqlara vaxtında müdaxilə edildikdə onlar həmyaşıdlarından seçilmir, hamı kimi 6 yaşında məktəbə gedə bilirlər.
Kanner sindromu olan uşaqlar iki yaşa kimi normal inkişafda olurlar. Hətta cümlələr belə qurmağa başlayırlar. Lakin müəyyən bir zamandan sonra uşaqda geriləmələr müşahidə olunmağa başlayır, demək olar ki, beynində olan hər bir şey tədricən silinir. Hətta bu uşaqların ünsiyyət qabiliyyətlərini itirmələri belə mümkündür. Bunun nədən baş verdiyini anlatmaq çətindir.
Əlinin valideynləri ilə birbaşa əlaqə saxlmaq istəyənlər səhifəmizə yaza bilərlər. Mərhəmətimizi əsirgəməyərək autizimdən əziyyət çəkən Əliyə dəstək olaq: Expressbank 4724942526823596
Comments