Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi suverenlik və ərazi bütövlüyü prinsiplərini Aİ və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əlaqələrin əsas elementi kimi vurğulayıb.
Azadpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva "Twitter"də belə yazıb.
"Avropa İttifaqı Şurası Helsinki Yekun Aktında təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsipləri də daxil olmaqla beynəlxalq hüquqa dair ortaq öhdəlikləri ifadə edən Nəticələri təsdiqlədikdən qısa müddət sonra, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu prinsiplərin Aİ və "Şərq Tərəfdaşlığı" ölkələri arasında əlaqələrin əsas elementləri olduğunu vurğuladı!"
Qeyd edək ki,Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətlərin suverenlyi,ərazi bütövlüyü ilə yanaşı xalqların öz müqəddəratını təyinetmə prinsipi Avropanın müxtəlif institutları və parlamentariləri tərəfindən lobbiləşdirilirdi.
İşğalçı Ermənistan tərəfindən ortaya atılmış bu iddia demoktarik Avropa tərəfindən daha qəbul edilmir.Çünki erməni xalqı artıq öz müqəddəratını Ermənistan Respublikasını qurmaqla təyin edib. Azərbaycanın Aİ ilə hərtərəfli əlaqələrini gücləndirmək üçün Avropa bu prinsipi ermənilərə şamil etməkdən imtina edib.Azadpress.az
Comments