Azərbaycan "Şərq Tərəfdaşlığı" ölkələrinin görüşündə iştirak edəcək


"Şərq Tərəfdaşlığı" ölkələrinin Xarici İşlər nazirlərinin videokonfrans formatındakeçiriləcək görüşünün tarixi müəyyənləşib.

Azadpress.az APA-ya istinadən xəbər verir ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar virtual formatda iyunun 11-də keçiriləcək.

İyunun 18-də isə "Şərq Tərəfdaşlığı" ölkələrinin videokonfrans formatında Sammiti baş tutacaq. Azadpress.az

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.