top of page

Azərbaycan əleyhinə reportajlar yayan Semyon Peqov Belarusda həbs olundu


Bloqer Semyon Peqov

Ötən aydan başlayaraq Azərbaycan-Ermənistan sərhədinə gəlib Azərbaycan əleyhinə provakasiya yayan Semyon Peqov həbs olunub.


Azadpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, WarGonzo kanalının aparıcısı Semyon Peqov Belarus çevik qüvvələri tərəfindən tutulub. Tutulmanın səbəbi Peqovun Belarus milisinə qarşı provakativ hərəkətləri olub. Bir qrup iğtişaşçı ilə birlikdə o müxtəlif qızışdırıcı lozunqlar söyləyib və iğtişaş yaradıb. Bloqeri 5 ilədək həbs gözləyir.

Erməni mediası artıq həyacan təbili çalıb və onun Azərbaycana verilə biləcəyini qeyd edir. Qeyd edək ki,Azərbaycan əleyhinə ermənilərə işləyən Aleksandr Lapşin də Belarusda həbs edilərək Azərbaycana təhvil verilmişdi.

Semyon Peqov belə həbs olundu

İyul ayında Peqov Ermənistanın Tavuş bölgəsində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları Azərbaycan əleyhinə yalan məlumatlarla işıqlandırmışdı. Peqov iddia edirdi ki, ermənilər Azərbaycan ərazisindəki yüksəkliləri ələ keçirib. Azadpress.az

Commenti


bottom of page