Azərbaycan avtomobil idxalını 25% artırıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycana 289,9 milyon ABŞ dolları dəyərində 23 413 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.


Azadpress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 673 ədəd və yaxud 24,9% çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 25 ədəd və yaxud 24,75% azalaraq 76 ədəd (7,8 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 4 952 ədəd və yaxud 29,2% artaraq 21 917 ədəd (248 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 2 052-i (11,9 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 82-i (4,2 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 248 ədəd və yaxud 15,6% azalaraq 1 345 ədəd (21,4 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 6 ədəd və yaxud 7,4% azalaraq 75 ədəd (12,7 milyon ABŞ dolları dəyərində) olub. (Report)

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.