top of page

Azərbaycan Ermənistana sərt cavab verməlidir




"Ermənistanın Azərbaycana qarşı davamlı təxribatlarına sərt cavab verilməlidir".


Bunu “Report”un Rusiya bürosuna sərhəddəki mövcud vəziyyəti şərh edən beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.


Onun fikrincə, Azərbaycan Ermənistanın nazı ilə oynamağa son qoymalıdır: “Azərbaycan güclü, istənilən an öz torpaqlarını qaytarmaq iqtidarında olan bir dövlətdir. Məncə, vəziyyət bu baxımdan mürəkkəbdir və artıq elə bir həddə çatıb ki, danışıqlarda müəyyən diplomatik xətt izləmək, daha üzüyola olmamaq lazımdır. Yəni hər dəfə başqa sözlər deyən, əvvəlki razılaşmaları silib atan Paşinyanın növbəti bəyanatlarını gözləməyin mənası yoxdur. Bunlar çox uzana bilər. Məncə, son çıxışı zamanı İlham Əliyev Ermənistan tərəfinə olan iradlarını xeyli sərt şəkildə ifadə edib”.


Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunması barədə əvvəllər əldə edilən razılaşmalara məhəl qoymayan Ermənistan danışıqları uzatmağa çalışır: “Yerevan nəyisə gözləyir, amma məncə, bunun mənası yoxdur. Artıq Paşinyan rejiminin bütün bu fəndləri, vədlərini tutmaması bütün dünya ictimaiyyətini, o cümlədən Ermənistanın əsas zamini olan Rusiyanı da bezdirib. Bu mənada atəşə atəşlə cavab vermək məqsədəuyğun deyil. Vəziyyətin artıq 30 ildir bu şəkildə davam etdiyinə görə indi nəsə demək də çətindir. Deməli, daha sərt cavab vermək üçün zəmin hazırlanmalıdır. Elə cavab verilsin ki, Ermənistan tərəfi bir də atəş açmaq həvəsinə düşməsin. Eyni zamanda diplomatik səylər də davam etdirilməlidir. Yəni mütəmadi baş verən bu təxribatlara dözmək də düzgün deyil”.

Azadpress.az

Comentários


bottom of page